Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 00:46

Azərbaycan Rusiyaya qaz ixracını 2 dəfə artırır


Rusiyanın «Qazprom» şirkəti ilə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycandan Rusiyaya satılan qazın həcminin 2 dəfə artırılması barədə razılaşma imzalayıblar.

Saziş prezidentlər Dmitri Medvedevİlham Əliyevin iştirakı ilə yanvarın 23-də Soçi şəhərində imzalanıb.

Azərbaycan təbii qazının alqı-satqısı barədə ikitərəfli müqaviləyə edilən əlavəyə əsasən, 2012-ci ildə Azərbaycandan Rusiyaya satılan qazın həcmi 2 dəfə artırılaraq 3 mlrd. kubmetrə çatdırılacaq. 2013-cü ildə isə 3 mlrd. kubmetrdən artıq olacaq.
XS
SM
MD
LG