Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Aprel, bazar, Bakı vaxtı 03:55

Avropa Birliyi İrana qarşı sanksiyaları gücləndirə bilər


Gözlənilir ki, Avropa Birliyi bu gün İrana qarşı sanksiyaları gücləndirəcək.

Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin Brüssel görüşündə çox güman ki, İran neftinin təchizinə embarqo qoyulması ilə bağlı ölçülər və İran mərkəzi bankının Avropa aktivlərinin dondurulmasına dair razılaşma əldə olunacaq.

Bu günlərdə Fransanın xarici işlər naziri elan edib ki, sanksiyaların qəbulu Tehranın nüvə proqramı ilə bağlı hərbi münaqişədən qaçmağın ən yaxşı yoludur.

Avropa Birliyi ölkələri başçıları və ABŞ lideri ötən cümə razıllığa gəliblər ki, Tehranı nüvə proqramı ilə bağlı beynəlxalq danışıqlar masasına geri qaytarmaq üçün ona qarşı təzyiqi artırsınlar.
XS
SM
MD
LG