Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

Suriyada olmuş müşahidəçilərin hesabatı müzakirə edilir


Əröb Dövlətləri Liqası ölkələrinin xarici işlər nazirləri Qahirədə təşkilatın Suriyada olmuş müşahidəçi missiyasının hesabatını müzakirə edirlər.

Görüşdə missiyanın mandatı və sayının artırılacağı gözlənilir.

Tənqidçilər missiyanın Suriyada qan tökülməsinin qarşısını ala bilmədiyini deyirlər.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.

Şənbə günü ölkənin şimalında ordu birləşmələrilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında ağır toqquşmalar olub.

Hələlik itkilər barədə dəqiq məlumat yoxdur.
XS
SM
MD
LG