Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Nigeriyada ölü sayı 160-ı ötüb


Nigeriyanın Kano şəhərində törədilmiş partlayışlarda azı 165 adam ölüb.

Hakim dairələr ölü sayının artacağını istisna etmirlər.

Şahidlər insanların dağıntılar arasında qaldığını deyirlər.

Xəsarət alanların dəqiq sayı bəlli deyil.

Şəhərdə komendant saatı tətbiq edilib.

Cümə günü şəhərdə bir neçə polis məntəqəsi, pasport-viza şöbəsi və təhlükəsizlik xidmətinin əsas binasına hücum edilib.

Şahidlər şəhərdə azı 20 partlayış törədildiyini deyirlər.

Hücumlara görə cavabdehliyi radikal islamçı Boko Haram qrupu üzərinə götürüb.
XS
SM
MD
LG