Keçid linkləri

2024, 13 İyul, şənbə, Bakı vaxtı 21:33

İranda bərənin batması nəticəsində 17 nəfər ölüb


İranın cənub sahillərində sərnişin bərəsinin batması nəticəsində 17 adam ölüb.

Bu barədə İranın rəsmi İRNA agentliyi xəbər verir.

Qəza şənbə günü Fars körfəzində baş verib.

Hörmüz adasıyla Bandar Abbas limanı arasında hərəkət edən bərədə 20 sərnişin və 2 heyət üzvü olub.

Kapitan fırtınalı hava şəraitində reysə çıxdığına görə həbs edilib.
XS
SM
MD
LG