Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Misirdə "Müsəlman Qardaşları" hərəkatı inamlı qələbə qazanıb


Misirdə keçirilmiş parlament seçkilərində aşağı palatadakı yerlərin demək olar ki, 2/3-ni “Müsəlman Qardaşları” hərəkatıyla bağlı olan “Azadlıq və Ədalət” partiyası qazanıb ki, bu 235 yer deməkdir.

Bunu şənbə günü paytaxt Qahirədə elan edilmiş rəsmi nəticələr göstərir.
.İkinci yerdə 127 mandatla (24,29 %) radikal-islamçı “əl Nur” partiyası, 3-cü yerdə isə 9 faiz səslə dünyəvi “Vafd” partiyası gəlir.

Bu keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkədə keçirilən ilk seçkidir.

Artıq bazar ertəsi yeni seçilmiş aşağı palatanın ilk iclası gözlənilir.

Fevralda yuxarı palataya seçkilər başa çatdırıldıqdan sonra isə deputatlar yeni konstitusiya hazırlamaq üçün işçi qrup yaradacaqlar.

Prezident seçkisi isə iyunda keçirilməlidir.
XS
SM
MD
LG