Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib


Şənbə günü Fransanın Bakıdakı səfiriliyi qarşısında etiraz aksiyası keçirilib.

Aksiyanı Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi təşkil edib.

APA-nın məlumatına görə, aksiya iştirakçıları “erməni soyqırımı” iddiasını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsilə bağlı qanun layihəsinin Fransa Senatında müzakirəsinə etiraz bildiriblər.

Aksiyaçılar bəyan ediblər ki, belə bir sənədin qəbul edilməsi Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan münasibətlərinə də təsir göstərəcək.

Aksiya iştirakçıları “Fransa Stop!”, “Rədd olsun Fransa-Ermənistan dostluğu”, “Rədd olsun
Ermənistan-İran dostluğu”, “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, “Xocalını unutmayaq” kimi şüarlar səsləndiriblər.

Sonra isə Ermənistan prezidenti Serj Sarkisyanla İran prezidenti Mahmud Əhmədinejatın şəkilləri cırılıb.

Aksiyanın sonunda səfirliyə Fransa Parlamentinə müraciət təqdim olunub.
XS
SM
MD
LG