Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:23

Nigeriyadakı partlayışlarda ölənlərin sayı 20-dən çox ola bilər


Hnigeriyanın Kano şəhərində törədilmiş terror aktının qurbanları 20-dən çox ola bilər.

Bu barədə yerli sakinlər xəbər verirlər.

Onlar küçələrdə hakimiyyətin dediyindən çox cəsəd gördüklərini deyirlər.

Hələlik rəsmi məlumatda ölənlərin 7 nəfər olduğu bildirilir.

Cümə günü şəhərdə bir neçə polis məntəqəsi, pasport-viza şöbəsi və təhlükəsizlik xidmətinin əsas binasına hücum edilib.

Şəhərdə komendant saatı tətbiq edilib.

Bu hücumlara görə cavabdehliyi radikal Boko Haram qrupu üzərinə götürüb.
XS
SM
MD
LG