Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:10

İlham Əliyev Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak edib


Prezident İlham Əliyev «DET AL» MMC-nin Gəncə Alüminium zavodu kompleksinin açılışında iştirak edib.

Bu kompleksin işə başlaması ilə birinci mərhələdə 640 nəfər işlə təmin ediləcək. İşçilərin orta aylıq əməkhaqqı 450 manat olacaq.

Birinci mərhələdə 100 min ton ilkin alüminium istehsalı üçün bütün obyektlərin tikintisi başa çatdırılıb.

Yeni alüminium zavodu ilə yanaşı, Gəncədə poladəritmə kompleksinin tikintisi də həyata keçirilir.

2014-cü ildə Gəncədə yeni «DRI» zavodunun, 2016-cı ildə isə polad zavodunun tikintisi başa çatdırılacaq. 2012-2016-cı illəri əhatə edən bu layihəyə 630 milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3 min 800 nəfərə çatdırılacaq. /AzərTAc/
XS
SM
MD
LG