Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

ABŞ-ın xüsusi elçisi Kabilə gedib


Vaşinqton Talibançılarla sülh danışıqlarını dəstəkləyir.

Bunu Birləşmiş Ştatların xüsusi elçisi Marc Grossman şənbə günü Kabildə deyib.

O bir daha ölkəsinin Əfqanıstan münaqişəsinin dinc yolla həllinə hər vasitəylə kömək etməyə hazır olduğunu bəyan edib.

Taliban bundan əvvəl Qətərdə Birləşmiş Ştatlarla siyasi dialoqa hazır olduğunu bəyan eləmişdi.

Şərhçilər hesab edirlər ki, Qrossman Kabilə Əfqanıstan rəhbərliyinin narahatlığını müzakirə etmək üçün göndərilib.

Əfqanıstan rəhbərliyi hesab edir ki, onlar bu danışıqlardan gənarda qala bilərlər.
XS
SM
MD
LG