Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 15:50

Suriya müxalifəti müstəqil hesabat hazırlamaq fikrindədir


Suriya müxalifəti Bashar Assad rejiminin törətdiyi repressiyalarla bağlı müstəqil hesabat hazırlamaq fikrindədir.

Müxalifətin yaratdığı milli şura bundan əvvəl Ərəb Liqası Dövlətlərinin Suriyaya göndərdiyi müşahidəçilər qrupunun fəaliyyətini dəfəlrlə tənqid edib.

Bu missiya Dəməşqin ölkədə qan tökülməsinin dayandırılmasıyla bağlı beynəlxalq razılaşmaya əməl edib-etməməsini araşdırmalıydı.

Bu gün Qahirədə müşahidəçilərin hesabatı müzakirə olunur.

Söhbət əsasən Suriyadakı beynəlxalq misssiyanın mandatının uzadılıb-uzadılmamasından gedir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG