Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:08

Yüksək gərginlikli elektrik xəttinin qırılması ölümlə nəticələnib


Bakının Abşeron rayonunda yüksək gərginlikli elektrik xəttinin qırılması nəticəsində 1 nəfər ölüb.

Bu barədə APA agentliyi Abşeron Rayon Polis Şöbəsinə istinadla xəbər verir.

Hadisə yanvarın 20-də saat 19.40 radələrində rayonun Nübar qəsəbəsində baş verib.

Yüksək gərginlikli elektrik xətti qırılaraq qəsəbə sakini Rüfət Qasımova məxsus evin damına düşüb və nəticədə yanğın baş verib.

Bu vaxt adisə yerinə gələn qəsəbə sakini Mənzər Mirzəyevanı cərəyan vuraraq öldürüb.
XS
SM
MD
LG