Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

20 Yanvarda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib


Saat 12:00-da 20 Yanvar faciəsində həlak olanların xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəliyə dayandırılıb.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

20 Yanvar Milli Matəm Günü münasibətilə həmçinin Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib. /apa/
XS
SM
MD
LG