Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 15:15

Suriyada daha 9 adam öldürülüb


Suriyanın Zabadani şəhərindən tank və zirehli texnikaların çıxarıldığı bildirilir.

Bu barədə Associated Press agentliyi yerli fəallara istinadla xəbər verir.

Bu şəhər paytaxt Dəməşqin yaxınlığında yerləşir.

Məlumatlara görə, 6 gün imiş ki, şəhərdə hökumət qoşunları ilə müxalifətin tərəfinə keçən hərbçilər arasında döyüşlər gedirmiş.

Həmçinin bu gün ölkənin digər şəhərlərində azı 9 adam öldürülüb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG