Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 16:36

ABŞ rəsmisi Bakıda regional təhlükəsizlik məsələsini müzakirə edib


Eric Rubin
ABŞ Dövlət Katibi köməkçisinin müavini Eric Rubinin Bakıda Azərbaycan rəsmiləri ilə apardığı 2 günlük danışıqlarda regional təhlükəsizlik, xüsusilə də İran məsələsi diqqət mərkəzində olub.

Turanın məlumatına görə bunu Eric Rubin cümə axşamı Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O həmçinin bu görüşlərdə Qəbələ Radio Lokasiya Stansiyasının da müzakirə edilməsilə bağlı kütləvi informasiya vasitələrinin yaydığı məlumatları təkzib edib.

Rubin səfər zamanı prezident İlham Əliyev, digər ölkə rəsmiləri və müxalifət liderlərilə görüşüb.
XS
SM
MD
LG