Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:55

Evlənən və boşananların sayı artır


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycanda ötən il qeydə alınan nikahların sayı artıb.

Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2011-ci ildə ölkədə 88151 nikah qeydə alınıb. (2010-cu ildə 79300 idi).

Bu nikahlardan 2696-sı Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbilər arasında bağlanıb.

Ötən il ölkədə 10801 nikahın pozulması faktı qeydə alınıb. Bu isə 2010-cu illə müqayisədə 1901 fakt çoxdur.

Boşanmaların 121-i əcnəbilərlə bağlanmış nikahlara aiddir.

Ötən il qeydə alınan nikahların yalnız 58-də tərəflər arasında nikah müqaviləsi bağlanıb. /Trend/
XS
SM
MD
LG