Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:26

Vaqif Səmədoğlu Ziyalılar Forumu haqda, Müsavat başqanlığına yeni namizədlər…


Foto: Arxiv
Foto: Arxiv
«Avropada bizdəki korrupsiyanın yüz qat artığını görmüşəm». Bunu «Bizim yol» qəzetinə müsahibəsində xalq şairi, sabiq deputat Vaqif Səmədoğlu deyib. O, Ziyalılar Forumuna qoşulmamasına da münasibət bildirib.

«Ziyalılar Forumunda təmsil olunmaram, çünki nəticəsi olmayan işin dalınca getməyə dəyməz», - deyə Vaqif Səmədoğlu bildirib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hakimiyyətdən cavab və ciddi reaksiya gözləyir. «Azadlıq» qəzeti yanvarın 16-da dövlət orqanlarının və bir sıra KİV saytlarına olan haker hücumuna Forum prezidentinin fikirlərini dərc edib: «Sən demə, böyük təhlükə var imiş. Hakerlər bir anda Azərbaycana məxsus 40-a yaxın milli informasiya resursunu darmadağın edə bilərmiş. Amma məsul şəxslər bunu heç nəzərə almayıblarmış…».

Osman Gündüz deyir ki, Milli Təhlükəsizlik, Rabitə nazirlikləri və Xüsusi Dövlət Mühafizə Xidməti məsələni ciddi araşdırmalıdır: «Cəmiyyət bilməlidir ki, bu hücum nə üçün baş verib? Əsas səbəblər nə ola bilər? Bu kadrların səhlənkarlığı və ya qeyri-peşəkarlıqdırmı?...».

«Arif Hacılı İsa Qəmbərin uğursuz lider olduğunu etiraf etdi..!». «Yeni Azərbaycan» qəzeti Müsavat Partiyasının icra katibi, hazırda həbsdə olan Arif Hacılının mətbuata verdiyi müsahibələrindən bu qənaətə gəlindiyini yazır. Qəzet partiyadakı qruplaşmaların da bu məsələdə aktiv olduğunu diqqətə çatdırır: «Görünən odur ki, partiya başqanı hələlik hansı qruplaşmanın onun gələcəyinə təminat verəcəyini dəqiqləşdirməyib…».

«Yeni Müsavat» qəzeti isə Müsavat başqanlığına yeni namizədlərin olmasından yazır. Onlardan biri, partiya üzvü Səxavət Əlisoy qəzetə müsahibəsində deyib: «Nizamnamə hər bir partiya üzvünün başqanlığa namizədliyini irəli sürməsinə imkan verir». Qəzet yazır ki, səxavət Əlisoy Arif Hacılıdan sonra ikinci şəxsdir ki, başqanlığa namizədliyini verəcəyini rəsmən açıqlayıb.

«Azərbaycan» qəzeti Heydər Əliyev Fondu və «Bakı» jurnalının dəstəyi ilə Londonda keçirilən «Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti» sərgisindən yazır. Qəzet sərginin yanvarın 29-a qədər davam edəcəyi yazır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG