Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Macarıstan yeni qanunlara düzəliş etməyə hazırdır


Macarıstan Avropa Birliyini narahat edən yeni qanunlara düzəliş etməyə hazır olduğunu deyir.

Bunu çərşənbə günü ölkənin baş naziri Viktor Orban Avropa parlamentində çıxış edərkən bildirib.

Söhbət məhkəmə sistemi, milli bankın səlahiyyətləri və informasiyanın müdafiəsi idarəsiylə bağlı Macarıstanda qəbul edilən yeni qanunlardan gedir.

Avropa Birliyi bu qanunların Macarıstanın da üzv olduğu birliyin qanunvericiliyinə zidd olduğunu deyir.

Avropa Birliyi xəbərdarlıq etmişdi ki, əgər Macarıstan rəhbərliyi yeni qanunlara düzəliş
etməsə ona qarşı sanksiyalar tətbiq edilə bilər.
XS
SM
MD
LG