Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:02

İran danışıqlara hazır olduğunu deyir


İran özünün nüvə proqramıyla bağlı 6-tərəfli danışıqlara hazırlaşır və bu çox güman ki, İstanbulda baş tutacaq.

Bunu Ankarada İranın xarici işlər naziri Ali Akbar Salehi bəyan edib.

Amma o danışıqların vaxtının hələlik təyin edilmədiyini bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Moskvada keçirdiyi mətbuat konfransında İranın danışıqlara hazır olduğunu və İran rəsmisinin bununla bağlı yaxın vaxtlarda Moskvaya gələcəyini demişdi.
XS
SM
MD
LG