Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:43

Yeni ədəbiyyat saytı açılıb


Ədəbiyyat-mədəniyyət istiqamətində fəaliyyət göstərən saytların sırasına biri də əlavə olunub.

Azlit.net ünvanlı saytın yaradıcısı gənc şair Alik Əlioğlu “Oxu Zalı”na bildirib ki, saytı Xəzər Universitetinin təsisçisi, şair Hamlet İsaxanlı öz himayəsinə götürüb və səmərəli fəaliyyəti üçün hər cür köməklik edəcəyini bildirib.

Xəzər Universitetinin beynəlxalq əlaqələrindən istifadə etməklə ədəbiyyat portalının dünya universitetləri ilə əməkdaşlığı olacaq.

Saytda dərc olunan müəlliflərin əsərlərindən ibarət almanax işıq üzü görəcək, xarici dillərə tərcümə olunacaq.

Alik Əlioğlu onu da deyib ki, saytın adından Xəzər Universitetinin maliyyə dəstəyi ilə səsli şeirlərdən ibarət disk hazırlanacaq.

Yazarlar Aalioglu@khazar.org poçtuna yazı göndərməklə saytda dərc oluna bilərlər.

Cavid Zeynallı
XS
SM
MD
LG