Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:57

Macarıstan lideri Avropa Birliyi ilə narazılığa mövqe bildirəcək


Macarıstanın baş naziri Viktor Orban bu gün Strasburqda Macarıstanla Avropa Birliyi arasında yaranmış münaqişəyə öz mövqeini bildirəcək.

Söhbət məhkəmə sistemi, milli bankın səlahiyyətləri və informasiyanın müdafiəsi idarəsiylə bağlı Macarıstanda qəbul edilən yeni qanunlardan gedir.

Avropa Birliyi bu qanunların Macarıstanın da üzv olduğu birliyin qanunvericiliyinə zidd olduğunu deyir.

Avropa Komissiyası artıq Macarıstana qarşı hüuqi prosedura başlayıb.

Əgər Macarıstan rəhbərliyi yeni qanunlara düzəliş etməsə ona qarşı sanksiyalar tətbiq edilə bilər.
XS
SM
MD
LG