Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:37

Məscidlər üçün yeni standartlar


İstanbul, Sultan Əhməd məscidi
İstanbul, Sultan Əhməd məscidi

Türkiyə din xidmətlərində yeniliklər tətbiq edir

Türkiyənin Diyanət İşləri Nazirliyi 2012-2016 illər üçün strateji bir fəaliyyət planı hazırlayıb. Ciddi layihələrin həyata keçiriləcəyi bu müddətdə Türk Standartları İnstitutu (TSE) ilə birgə əməkdaşlıq ediləcək.

Layihə çərçivəsində məscidlərin işində xeyli dəyişiklik ediləcək, ibadət yerləri daha funksional hala gətiriləcək. Hər il 50 camenin TSE standartlarına uyğunlaşdırılması üçün işlər görüləcək.

“Zaman” qəzetinin yazdığına görə, yeni plan çərçivəsində nazirlik İslamı geniş kütlələrə çatdırmaq işinin və din xidmətinin daha keyfiyyətli şəkildə təqdim olunmasına çalışacaq. Məscidlərdə insanlara daha rahat oxuna bilən Qurani-Kərimlər paylanılacaq. Həcc və İmre xidmətləri dəyişdiriləcək, Həcclə bağlı qadın dindarların sayı artırılacaq.

EVDƏ DİN XİDMƏTİ GÖSTƏRİLƏCƏK

Yəni, evdə qulluğa ehtiyacı olan yaşlı, xəstə, əlil olan insanlara din xidmətləri təklif ediləcək. Eşitmə problemi olan insanlar üçün də xüsusi xidmətlər hazırlanacaq. Gənclərə yönəlik dini mövzularda əsərlər silsiləsi, uşaqlar üçün isə cizgi filmlər hazırlanacaq.

Türk dilindəki önəmli əsərlərin xarici dillərə, əcnəbi dilllərdəki əsərlərin isə türkcəyə çevrilməsi prosesi tezləşdiriləcək. ABŞ-da cami, araşdırma mərkəzi, sosial və mədəni
sahələri əhatə edən kültür mərkəzi açılacaq.

AZAN EYNİ MƏRKƏZDƏN VERİLMƏYƏCƏK

Bundan başqa, azanın bir mərkəzdən verilməsi məhdudlaşdırılacaq. 2016-cı ilin sonuna qədər məscidlərin 50 faizində azan vaazla, 30 faizində isə caminin öz işçiləri tərəfindən oxunmağa başlanılacaq. Din xadimləri xütbələrini özləri yazması üçün seminar və kurslara göndəriləcək. Bu müddət ərzində Türkiyədə Qurani-Kərim muzeyinin yaradılması da planlaşdırılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG