Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Efiopiyada iki xarici turist daxil olmaqla dörd adam girov götürülüb


Yerli dövlət televiziyasının məlumatına görə, ölkənin şimalında turistlərə hücum olunub. 5 nəfər ölüb. Yaralananlar da var. Onlar dövlət xəstəxanasına aparılıblar.

Efiopiya hökumətinin təmsilçisi deyib ki, turistlərə hücum edənlər Eritreya hökumətinin təlimatlandırdığı və silahlandıdığı terrorçu qruplar olub.

Eritreya bu ittihamı rədd edir.

Əcnəbilərin milliyyəti hələ məlum deyil.

Eritreya 1993-cü ildə Efiopiyadan ayrılıb, özünün müstəqilliyini elan edib, ancaq iki qonşu ölkə arasında sərhəd mübahisəsi var.
XS
SM
MD
LG