Keçid linkləri

Təcili xəbərlər
2023, 09 İyun, Cümə, Bakı vaxtı 04:45

Dünya Bankı elan edir ki, qlobal iqtisadiyyat zəifləyir


Dünya Bankı elan edib ki, qlobal iqtisadiyyat zəifləyir, çünki Avropa və inkişaf etməkdə olan ölkələrdə iqtisadi vəziyyət pisləşir.

İllik hesabatını açıqlayan Dünya Bankı bildirib ki, Avropada, inkişaf etməkdə olan ölkələr - Braziliya, Hindistan, qismən Rusiya, Cənubi Afrika və Türkiyədə iqtisadi durum zəifləyir.

Bank deyir ki, bu nəticə inkişaf etməkdə olan və kasıb ölkələr üçün proqnozlara təsir edib.

Belə ki, yeni proqnozlara görə, dünya iqtisadiyyatı bu il 2,5 faiz, gələn il isə 3,1 faiz genişlənəcək. Ötən ilin iyun ayında növbəti hər iki il üçün verilən artım proqnozu isə 3,6 faiz olmuşdur.

Hesabatda deyilir ki, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı iqtisadiyyatlı varlı ölkələrdən daha sürətlə inkişaf edəcək.

Amma bu ölkələr üçün artım tempi bu və gələn illər üçün 5-6 faiz civarında qiymətləndirilir.
XS
SM
MD
LG