Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Wikipedia ingilisdilli səhifəsini qapatdı


İnternetdə ödənişsiz ensiklopedik məlumatları yayan Wikipedia saytı öz ingilis dili versiyasını bağladı. Digər populyar saytlar da etiraza başlayıblar. Bu etirazlara səbəb ABŞ Konqresində müzakirəyə təklif olunan qanun layihəsidir.

Qanun layihəsi internetdə intellektual mülkiyyətin müəlliflik hüquqlarının qorunması və saxta məhsulların satışı ilə mübarizə aparmaq üçün ABŞ hüquq-mühafizə orqanlarının səlahiyyətinin artırılmasını nəzərdə tutur.

Wikipedia bildirmişdi ki, gündə yüz milyonlarla internet istifadəçisinin ziyarət etdiyi sayt yanvarın 18-də bütün günü "qaranlığa qərq olacaq".

Twitter, Facebook, Google, Yahoo!, LinkedIn, eBay və Mozilla korporasiyası da qanun layihəsinə etirazını bildirib.

Qanun layihəsinin dəstəkçiləri arasında film və musiqi istehsalçıları da var. Onlar deyirlər ki, internetdə məhsullarının qeyri-leqal yolla əldə edilməsindən milyonlarla dollar itirirlər.

Layihənin tənqidçiləri isə hesab edirlər ki, bu, texnologiya sənayesinə zərər vura, azad söz hüquqlarını poza bilər.
XS
SM
MD
LG