Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Avropa Birliyi prezident sərəncamını alqışlayır


Avropa Birliyi prezident İlham Əliyevin sərəncamını alqışlayır. Söhbət 2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqda sərəncamdan gedir.

AB-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Roland Kobia hesab edir ki, müvafiq qanunvericilik bazasının hazırlanması yeni yaranan sektorun inkişafına təkan verəcək. Eyni zamanda, Azərbaycan iqtisadiyyatına fayda gətirəcək.

O deyir ki, AB-dəki şirkətlər bərpa edilən enerji sahəsində dünya liderləridir. Onlar bu sahədəki texnologiyaları və təcrübələri ilə bölüşməyə hazırdırlar.

AB nümayəndəliyinin yaydığı məlumatda o da deyilir ki, Azərbaycanın bu işi ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirəcəyini gözləyirlər:

«Planlaşdırılan strategiya ikitərəfli Enerji İslahatlarına Dəstək Proqramı çərçivəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri tamamlayır. AB-nin maliyyələşdirdiyi Enerji İslahatlarına Büdcə Yardımı Proqramı Azərbaycanda bərpaolunan enerji mənbələri və enerjidən səmərəli istifadənin qanunvericilik və normativ bazasının hazırlanmasında Sənaye və Energetika Nazirliyinə yardım edir. Bu Proqram çərçivəsində 14 milyon avro ayrılıb. İlk tranş 2010-cu ildə, ikinci tranş isə 2011-ci ilin dekabrında köçürülüb».
XS
SM
MD
LG