Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:16

20 Yanvarda 36 sovet əsgəri ölmüşdu


Foto: Arxiv
Foto: Arxiv
«20 Yanvar qırğınını törədən rus hərbçilərinin əksəriyyəti Avropa ölkələrindən sığınacaq alıb».

1990-cı il 20 yanvar faciəsi ilə bağlı Azərbaycan SSRİ Ali Sovetinin Deputat İstintaq Komissiyasının İşçi Qrupunun rəhbəri Səftər Nəhmətli «Bizim yol» qəzetinə belə deyib.
O, müsahibəsində 22 il öncə Bakıda 36 sovet əsgərinin öldüyünü də bildirir:

«Onların bir hissəsi DTK hərbçiləri ilə səhvən bir-birlərinə güllə atanda ölmüşdülər, başqa biri içkili vəziyyətdə quyudan su çəkəndə düşüb ölmüşdü, birinin başına tankın qapağı düşmüşdü. Onların meyitlərini şəhidlərə qataraq səhvən mərkəzi Morqa gətirmişdilər...».

«Siyasilər Əliyevin «idman ili»ndən nə gözləyir?». Bu sualı «Azadlıq» qəzeti verir. Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib: «Keçən il Bakı İslam Mədəniyyəti paytaxtı elan olundu. Həmin il biz nə gördük? İslam Partiyası üzvlərini həbs etdilər. Məscidləri sökdülər, hicaba qadağa qoydular».

Politoloq Zərdüşt Əlizadənin fikrincə isə, illərə ad qoyulması həmin sahələrə daha çox pul ayırmağa və bu pulları daha çox mənimsəməyə imkan verir.

«Zerkalo» qəzeti prezidentlərin növbəti görüşündən yazır: «Bakı və Yerevan yuxarıların görüşünün alınmayacağını anons etdilər». Qəzetə görə, danışıqlar BMT-nin Təhlükəsizlik Şurası müstəvisinə keçirilməlidir. «Azərbaycan yaxınlarda bu yöndə real addımlar atmasa, deməli, rəsmi Bakı Qarabağ məsələsində indiki status-kvonu saxlamaqda maraqlıdır...».

«Azərbaycan» qəzeti nazir Ramil Usubovun başçılığı ilə Dövlət Yol Polisi İdarəsində ötən ilin yekunlarına həsr olunmuş müşavirədən yazır:

«Dövlət başçısının DYP xidmətinə olan diqqət və qayğısına, cərimələrdən toplanmış vəsaitin 25 faizinin aylıq vəzifə maaşlarına əlavə edilməsinə baxmayaraq, hələ də bəzi əməkdaşların xidmətdə neqativ hərəkətlərə yol verməsi təəssüflə qeyd edilib. Ötən il bu və digər nöqsanlara görə 679 əməkdaş cəzalandırılıb, 39 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 20 əməkdaş tutduğu vəzifədən azad olunub...».

«Yeni Müsavat» qəzeti təmirdən çıxan və yenidənqurma aparılan «Nizami» kinoteatrından yazır: «Prezidentin filmə baxdığı VIP zalın qapısı bağlıdır». Kinoteatrın əməkdaşı qəzetə deyib ki, bu zal işləmir: «Düzdür, prezident burda film izlədi. Həmin vaxt bütün texnika quraşdırılmışdı. Ancaq yarımçıq işlər qalıb. Ona görə də bu zal gec açılacaq…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG