Keçid linkləri

2026, 20 Sentyabr, bazar, Bakı vaxtı 22:31

Efiopiyada 5 xarici turist öldürülüb

Efiopiya dövlət tabeliyindəki televiziya deyir ki, naməlum şəxslər ölkənin şimal-şərqində beş xarici turisti öldürüb.

Əcnəbilərin milliyyətləri hələ məlum deyil.

Məlumatlara görə, Almaniya Xarici İşlər Nazirliyi deyib ki, qurbanlar arasında alman turistlər də ola bilər.

Efiopiya Müdafiə Nazirliyi bildirib ki, turistlərə qiyamçı qrupların fəal olduğu bölgədə hücum olub.

Məlumatlara görə, hücumlar zamanı yaralananlar da olub, onları dövlət xəstəxanasına aparıblar.
This item is part of
XS
SM
MD
LG