Keçid linkləri

2026, 14 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:40

ABŞ Dövlət Departamenti rəsmisinin Azərbaycana səfəri başlayıb

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Eric Rubin Azərbaycana gəlib.

O, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri, millət vəkilləri, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Görüşlərdə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı məsələləri müzakirə olunacaq.

E.Rubin bu posta ötən ilin iyulunda təyin olunub. O, bu postda Tina Kaidanow'nu əvəzləyib. E.Rubin Azərbaycana oktyabrda səfər etməli olsa da, səfər təxirə salınıb.
This item is part of
XS
SM
MD
LG