Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 00:36

“Ədəbi Azadlıq-2012” hekayə müsabiqəsi başlanır


Fevralın 15-də “Ədəbi Azadlıq-2012” hekayə müsabiqəsinə start veriləcək.

Azadlıq Radiosunun ədəbiyyat portalı – OxuZali.az-da artıq üçüncü ildir ki, keçirilən müsabiqəyə İnternet məkanında çap edilməmiş əsərlər qəbul ediləcək.

Hekayələr üçün heç bir mövzu məhdudiyyəti yoxdur.

Hekayələrin maksimum işarə həddi 9 mindir (sözlər arasında boşluqlar işarə sayılmamaq şərtilə).

Ötən iki ildə olduğu kimi müsabiqə 3 mərhələdə keçiriləcək. Hekayələr münsiflərə imzasız təqdim ediləcək.

İlk mərhələdə münsiflərin hər biri hekayələrin içindən ən yaxşı hesab etdiyi 10 hekayəni seçib 1-dən 10-can balla qiymətləndirəcək.

Münasiflərin ilk mərhələdə verdikləri ballar əsasında müsabiqənin 10-luğu müəyyən ediləcək.

İkinci mərhələdə 10-luq – müəlliflərin adı göstərilməklə - “Oxu zalı”nda səsverməyə çıxarılacaq. Bu dəfə - oxucular öz seçimini edəcək.

Və üçüncü mərhələdə münsiflər 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyən etmək üçün 10-luqdakı hekayələrə əlavə ballar verəcəklər.

Onlar oxucuların səsverməsinin nəticəsini nəzərə ala bilərlər.

Beləliklə 1-ci və 3-cü mərhələlərin nəticələrinə əsasən münsiflərdən ən çox bal alanlar müsabiqənin mükafatçıları olacaqlar.

Müsabiqənin baş mükafatı notebook-dur.

2-ci və 3-cü yerləri tutanlar da netbook ve e-kitab oxuma qurğuları ilə mükafatlandırılacaq.

Müsabiqəyə göndərilmiş hekayələrdən 50-si ayrıca kitab halında çap ediləcək.

Müsabiqə haqqında daha ətraflı məlumat, eləcə də hekayələrin göndərilməsi üçün ayrıca e-ünvan tezliklə açıqlanacaq (Müsabiqə üçün hekayələr yalnız bundan sonra qəbul ediləcək).

Müsabiqənin 2010-cu ildəki qalibi yazıçı Eyvaz Zeynalov ("Əli metroda işləyir" hekayəsi ilə), 2011-ci ildəki qalibi isə gənc yazar Musa Əfəndi ("Onları yol apardı" hekayəsi ilə) olub.
XS
SM
MD
LG