Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:31

Prezident peyvənddən ötrü mollalara və Talibana müraciət edib


Əfqanıstan rəsmiləri poliomelit epidemiyası ilə mübarizə aparmaq üçün peyvənd kampanyası aparır

Əfqanıstan rəsmiləri poliomelit epidemiyası ilə mübarizə aparmaq üçün peyvənd kampanyası aparır

Əfqan prezidenti Talibanı uşaqların poliemelit əleyhinə peyvəndləndirilməsinə imkan yaratmağa çağırıb. Prezident Hamid Karzai deyib ki, bu peyvəndləndirməyə qarşı olanlar uşaqlarımızın gələcəyinin əsl düşmənləridir.

Əfqanıstan Pakistan və Nigeriya ilə yanaşı dünyada poliemelitin – viruslu uşaq iflicinin hələ də kütləvi yayıldığı nadir ölkələrdəndir. Təkcə ötən il burada 80 uşaq poliemelitə yoluxub. Bu isə bir il öncəki dünya üzrə göstəricidən 3 dəfə çoxdur.

Karzai hökuməti Talibanın nəzarət elədiyi ərazilərdə peyvənd işləri aparmaq üçün İslam üləmalarına, mollalara və tayfa başçılarına da yardım üçün müraciət edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG