Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:05

Ümid Partiyası qərargahsız qaldı


Yanvarın 17-də Ümid Partiyasının Sumqayıt şöbəsi qərargahından çıxıb. Qərargahı icarə verən şəxs yanvarın 15-də bitən icarə müqaviləsini uzatmayıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə AzadlıqRadiosuna bildirib ki, yerin sahibi icarə müddətini uzatmaq niyyətindəymiş. Yanvarın 15-də AXCP Sumqayıt şəhər təşkilatının burda keçirdiyi tədbirdən sonra isə fikrindən daşınıb.

İqbal Ağazadə bunu siyasi təzyiq kimi qiymətləndirir.

Yanvarın 15-də AXCP Sumqayıt şəhər təşkilatı Ümid Partiyasının Sumqayıtdakı qərargahında tədbir keçirmək istəmişdi. Ancaq polis müdaxiləsindən sonra tədbir baş tutmamışdı. AXCP sədrinin müavini Asəf Quliyev və daha 4 partiya fəalını polis saxlamışdı.
XS
SM
MD
LG