Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:22

Wikipedia ingilis dili versiyasını bağlayır


İnternetdə ödənişsiz ensiklopedik məlumatları yayan Wikipedia saytı elan edib ki, ABŞ Konqresinə etiraz olaraq 24 saat ərzində saytın ingilis dili versiyasını bağlayacaq.

Wikipedianın təsisçiləri deyib ki, Konqres müzakirədə olan qanun layihəsini qəbul etsə, internetin açıq və ödənişsiz olması ilə bağlı çətinliklər yaranacaq və bu qanun ABŞ-da internetə senzura tətbiq etmək istəyənlər üçün alət olacaq.

Yeni qanun layihəsi internetdə müəlliflik hüququnu qorumağa yönəlib.

Qanun layihəsinin dəstəkçiləri arasında film və musiqi istehsalçıları da var. Onlar deyirlər ki, internetdə məhsullarının qeyri-leqal yolla əldə edilməsindən milyonlarla dollar itirirlər.

Layihənin tənqidçiləri isə hesab edirlər ki, bu, texnologiya sənayesinə zərər vura, azad söz hüquqlarını poza bilər.

Wikipedia dünyada ən çox ziyarət olunan saytlardan biridir. Onun gündəlik ziyarətçisi on milyonlarladır.
XS
SM
MD
LG