Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Bakının mərkəzində yanğın olub


Yanvarn 16-da axşam saat 10 radələrində Bakının Nəsimi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğın Rəşid Behbudov küçəsi 20 ünvanında yerləşən beşmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib. Daha sonra yanğın yayılaraq binanın damına keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin 10-dan artıq texnikası cəlb edilib.

Yanğınsöndürənlər vəziyyəti nəzərə alaraq “yüksək çağırış” elan edib.

Yanğın baş verən binanın sakinləri evakuasiya edilib.

ANS PRESS-in məlumatına görə, hazırda Bakının mərkəzindəki yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.
XS
SM
MD
LG