Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 05:35

İsrail kiber hücuma məruz qalıb


İsrailin milli hava yolları şirkəti El Al-ın və Tel Əviv birjasının vebsaytları haker hücumuna məruz qalıb.
Birjanın nümayəndəsi deyib ki, birjanın yalnız vebsaytına zərər dəyib, birjanın ticarət sisteminə ziyan vurulmayıb.

“OxOmar” adlı haker əvvəlcə hər iki sayta xəbərdarlıq edib ki, onları sıradan çıxardacaq və bir neçə saat sonra hər iki sayt dağıdılıb.

Bu, İsrailə son iki həftədə olunan kiber hücumların davamıdır. Hücumların birində hakerlər İsraildə olan on minlərlə kredit kartların detallarını kompüterə yerləşdirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG