Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 10:46

Bişkek həbsxanasında qiyam olub (VİDEO)


Türmə qiyamında onlarla adam yaralanıb
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00
Direct-ə keçid

Qırğızıstanın paytaxtında, müvəqqəti saxlama məntəqəsində məhbuslarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. İğtişaşlarda 30-a yaxın adamın yaralandığı bildirlir.

Bişkekdə həbsxanada qiyamı yatırtmaq üçün xüsusi təyinatlı təhlükəsizlik qüvvələri yeridilib.

Qırğızıstanın ombudsmanı Tursunbek Akun həmin həbsxanada olub və Azadlıq Radiosuna deyib ki, təhlükəsizlik qüvvələri məhbusları qəddarcasına döyüblər.

Qırğız mediasnın məlumatına görə, 30 məhbus yaralanıb.

Dustaqlar iki məhbusun başqa həbsxanaya köçürülməsinə etiraz edirdilər.

Təsdiqlənməmiş media məlumatlarına görə, Bişkekdəki həbsxanadakı qiyamla həmrəylik nümayiş etdirmək üçün Qırğızstanın digər həbsxanalarında aclığa başlanılıb.
XS
SM
MD
LG