Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:52

"Ədirnə" tankerində itkin düşənlərin adı açıqlanıb


Azərbaycan Dövlət Dəniz Administrasiyası (ARDDA) Albaniyanın Dürres limanı yaxınlığında heyət üzvləri arasında 4 azərbaycanlının da olduğu gəmidə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Administrasiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 15-dən 16-na keçən gecə Dürres limanı yaxınlığında lövbər dayanacağında yüksüz lövbərdə dayanmış Türkiyənin «Saycı Denizçilik» şirkətinə məxsus “Ədirnə” tankerində partlayış baş verib. Gəmidə olan 15 heyət üzvündən 6-sı Gürcüstan, 4-ü Azərbaycan, 3-ü Türkiyə, 2-si isə Ukrayna vətəndaşı olub.

Heyət üzvlərindən 12 nəfər xilas edilərək Dürresdə xəstəxanaya yerləşdirilib. Gəmi heyətindən 3 nəfər – Xəyyam Məmmədov (gəminin kapitanı, azərbaycanlı), Melkaz Laziaşvili (bosman, gürcüstanlı), Beka Uruşadze (matros, gürcüstanlı) isə tapılmayıb. Hazırda gəminin partlama səbəbləri araşdırılır.

«Ədirnə» gəmisinin uzunluğu 92, eni 14 metr, yükgötürmə qabiliyyəti 3850 tondur. Gəmi 1980-ci ildə inşa edilib.
XS
SM
MD
LG