Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 21:25

Orta tibb işçiləri üçün imtahan keçirilir


Yanvarın 16-da orta tibb işçiləri üçün sertifikasiya imtahanları başlayıb.

Bu barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

İlkin mərhələdə imtahanda 5 ildən artıq tibb müəssisələrində tibbi fəaliyyətdə olmamış, könüllü qaydada hazırlıq kurslarını keçmiş 60 nəfər tibb bacısı iştirak edir.

100 sualdan azı 60 suala düzgün cavab verən mütəxəssislər növbəti mərhələyə, müsahibəyə buraxılacaqlar.

İmtahanın nəticələri 1 gün sonra açıqlanacaq.
XS
SM
MD
LG