Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:42

İtaliyada batmış gəmidən daha 1 sağ adam çıxarılıb (Fotoqalereya)


Costa Concordia gəmisi batarkən.
Costa Concordia gəmisi batarkən.
Bazar günü İtaliya sahillərində batmış səyahət gəmisindən daha bir yaralı çıxarılıb. O heyət üzvüdür.

Bundan bir az əvvəl isə Cənubi Koreyadan olan ər-arvat xilas edilib.

Dalğıclar onları gəminin alt qatlarındakı otaqlardan birində aşkar ediblər.

Onlar kömək diləyirmişlər. Axtarış əməliyyatları davam etdirilir.

Hələ də 40-a yaxın adamın taleyi bəlli deyil.

Hələlik indiyədək 3 nəfərin öldüyü, 80 nəfərinsə yaralandığı təsdiqlənib.

Cümə günü axşam Cilio adasının yaxınlığında sualtı qayalara dəyərək batmış Costa Concordia gəmisində 4300-dək adam olub.

Gəminin kapitanı şənbə günü ifadə verərkən gəminin dəydiyi sualtı qayaların xəritədə göstərilmədiyini deyib.

İstintaq davam edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG