Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 21:47

İraqın Ramadi şəhərində polis idarəsinə hücum edilib

İraqın qərbindəki Ramadi şəhərində yaraqlılar yerli polis idarəsinə hücum ediblər.

Azı 2 intiharçının özlərini partlatdığı və bir neçə minalanmış maşının parladıldığı xəbər verilir.

Yaraqlılar bundan sonra polis idarəsinə hücuma keçiblər.

Şəhərdə döyüşlər getdiyi, şəhərin mərkəzinə əlavə qüvvələr atıldığı bildirilir.

İlkin məlumatlarda azı 5 nəfərin öldüyü və yaralananlar olduğu bildirilir.

Bu binadakı həbsxanada Əl Qaida ilə əlbir olan yaraqlılar saxlanılır.

Çox güman ki, hücumda məqsəd onları azad etməkdir.
This item is part of
XS
SM
MD
LG