Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 01:51
Zaqatala rayonunda 3 nəfəri polis saxlayıb. Onların 2-sini saqqalı qırxılandan sonra buraxsalar da, Muxax kənd sakini İslam Ağalarova 4 sutka həbs verilib.

Bu barədə AzadlıqRadiosuna polisə aparıldıqlarını iddia edən Yuxarı Tala kənd sakinləri Vasif Balaşovla Kamil Süleymanov məlumat verib.

Vasif Balaşov: «Bizi təxminən 4 saata yaxın saxladılar. Dedilər ki, bir uşaq bizdən qorxub, saqqalarınızı qırxmalısınız. Buna etiraz etdikdə, bizi həbslə hədələdilər. Dedilər, ümumiyyətlə, sizi rayondan çıxarmaq lazımdır. Saqqalımızı qırxmayınca, bizi buraxmayacaqlarını bildirdilər. Yalnız saqqallarımızı qırxandan sonra bizi buraxdılar».

Zaqatala rayon Polis Şöbəsindən isə həmin şəxslərin şöbəyə gətirilmədiyini, saqqallarının da polisdə deyil, bərbərxanada qırxıldığını deyirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG