Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 12:32

Rauf Denktaş vəfat edib


​Yanvarın 13-də Şimali Kiprin keçmiş lideri Rauf Denktaş 87 yaşında xəstəxanada vəfat edib.

Komaya düşən R.Denktaş daxili orqanlarındakı problemlərdən əziyyət çəkirdi.

Rauf Denktaş 1924-cü il yanvarın 24-də Kiprin Pafos şəhərində anadan olub. 1948-ci il noyabrın 27-də Kipr türklərinin təşkil etdiyi ilk mitinqi Fazıl Küçük ilə bir yerdə idarə edib.

1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Respublikasının elanından sonra keçirilən ilk seçkilərdə prezident seçilib. Daha sonra bir neçə dəfə də ŞKTC prezidenti olub.

2005-ci ildə keçirilən prezident seçkilərində isə namizədliyini irəli sürməyib.

Şimali Kipr Türk Respublikasını yalnız Türkiyə tanıyır.
XS
SM
MD
LG