Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:51

Nemən Pənahlı atasının dəfnində iştirak etmək üçün prezidentə müraciət edib


Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, xalq hərəkatının liderlərindən biri olmuş Nemət Pənahlının atası vəfat edib. Onun ailəsindən AzadlıqRadiosuna bildiriblər ki, atasının dəfnində iştirak edə bilmək üçün icazə verilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər.

Nemət Pənahlı 2011-ci il iyunun 17-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə günahkar bilinib.

Nemət Pənahlı və Ceyhun Fərzullayev bu ilin yanvarında Azərbaycan vətəndaşı Eldəniz Rzayevin şikayəti əsasında saxlanmışdı. Şikayətçi yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində hər iki şəxs tərəfindən döyüldüyünü iddia edirdi.
XS
SM
MD
LG