Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 21:59

Yəməndə etirazçıalra atəş açılıb, ölənlər var

Yəmənin cənubunda Ədən şəhərində polis etirazçılara atəş açıb. Azı 2 nəfər həlak olub, onlarla adam yaralanıb. Şahidlərin sözlərinə görə, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib və atəş açıb.

Nümayişçilər Körfəz ölkələrinin vasitəçiliyi ilə əldə olunan sülh planına etiraz edirdilər. Plana görə, prezident Ali Abdullah Saleh və ailəsinə istefa versə belə, toxunulmazlıq hüququ veriləcək.

Yəmən paytaxtı Sənaada da minlərlə adam eyni tələblə və Yəmənin bölünməsinə imkan verməmək tələbi ilə nümayiş keçirir
This item is part of
XS
SM
MD
LG