Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:51

Amerika öz "xalq artistləri"ni seçdi


Katy Perry
Katy Perry
Amerika Birləşmiş Ştatlarında 1975-ci ildən bəri keçirilən “Xalqın seçimi” (People’s Choice) mükafatı sahiblərini tapıb.

Türkiyə mediasının yaydığı xəbərə görə, keçmişlərdə xalq arasında araşdırma etməklə, indilərdə isə internet vasitəsilə səsvermə keçirməklə xalqın rəyini müəyyənləşdirən mükafat 38-ci dəfə seçimini açıqlayıb.

Müğənni və aktrisa Keti Perri (Katy Perry) 5 kateqoriyada mükafatlandırılıb.
Ketti Perri musiqi bölümündə “Ən yaxşı qadın müğənni”, “E.T” mahnısı ilə “İlin mahnısı”, “Last Friday Night” klipi ile “İlin video klipi”, “How I Met Your Mother” adlı teleserialla “İlin ən sevilən oyunçusu” adını qazanıb.

Xanım Perri mükafatlandırma mərasiminə qatılmayıb və sevənlərini məyus edib.
“Xalqın seçimi” mükafatının kino bölümündə Harri Potter (Harry Potter) serialının son filmi olan “Harri Potter və Ölüm yadigarları-2” --film, macəra filmi, kitab ekranlaşdırması və komanda oyunu nominasiyalarını qazanıb.

Kino kateqoriyasında “Ən yaxşı aktyor” nominasiyasının kişi qalibi aktyor Conni Depp ( Jonny Depp), qadın qalibi isə Emma Stoun ( Emma Stone) olub.
Conni Depp “Rango” adlı animasiya filmində səsləndirdiyi Rango xarakteriylə “səsləndirmə” nominasiyasında da qalib olub.

“Duyguların rəngi” (The Help) filmindəki performansıyla çox sevilən gənc oyuncu Emma Stone “komediya aktrisası” nominasiyasında da mükafatı əldən verməyib.
“Ən yaxşı komediya aktyoru” Adam Sandler seçilib.

“Ən sevilən aksiyon ulduzu” Hugh Jackman olub.

“Film İkonası” mükafatı təcrübəli aktyor Morgan Freemana çatıb.

“Ən sevilən super qəhrəman” isə “Yaşıl Fənər”lə Ryan Reynolds seçilib. “Dramatik filmlər” nominasiyasının qalibi isə “Bridesmaids” filmi olub.
XS
SM
MD
LG