Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 16:56

Ağcabədidə məcburi köçkünlər üçün 10 bina tikilib


5 mərtəbədən ibarət 10 binada 556 məcburi köçkün ailəsi məskunlaşacaq.

Bu barədə Ağcabədi rayon İcra Hakimiyyətinin müavini Əbülfət Tapdıqov məlumat verib.

Ümumi sahəsi 10 hektar olan ərazidə tikilən bu binalara rayonun «Taxta körpü» və «Alman» qəsəbələrində, təhsil ocaqlarında məskunlaşmış məcburi köçkün ailələri yerləşdiriləcək.

Ə.Tapdıqov deyir ki, binalara qaz, işıq, su və rabitə xətti də çəkilib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağcabədi rayon üzrə nümayəndəsi Hafiz Mehdiyev isə bildirdi ki, rayonda 6294 köçkün ailəsi (24592 nəfər) var. 610 ailə evlə təmin olunub, daha 556 ailə isə yaxınlarda yeni mənzillərinə köçürüləcək.
XS
SM
MD
LG