Keçid linkləri

2026, 15 İyul, çərşənbə, Bakı vaxtı 18:25

Myanmada bir neçə siyasi məhbus azad olunub

Myanmada bir neçə siyasi məhbus azad olunub. Onların arasında məşhur dissidentlər və müxalifət fəalları da var. Ölkədə elan olunmuş amnistiya nəticəsində isə ümumilikdə həbsdən 650 adam çıxıb.

Azad olunanlar arasında 80-ci illərin sonunda demokratiya uğrunda tələbə hərəkatının liderlərindən biri Min Ko Naing də var. O fasilələrlə 20 il həbsdə olub.

Myanma müxalifətinin lideri Aun Su Cji siyasi məhbusların azad olunmasını alqışlayıb, bunu yaxşı əlamət adlandırıb.
This item is part of
XS
SM
MD
LG