Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:46

Gəncəyə ötən il 8 360 turist gəlib


Onların 80 faizi yerli turistlərdir.

Bu barədə Gəncə Regional Turizm İnformasiya Mərkəzinin direktoru Cumalik Rəhimov məlumatı verib.

Ötən il şəhərə gələn qonaqların 21 faizini xarici turistlər təşkil edib. Onlardan 800-ü Türkiyə, 210-u Almaniya, 200-ü Rusiya, 195-i İran, 130-u ABŞ, 120-si Ukrayna, 40-ı Latviya, 35-i Estoniya, 25-i isə Belarus vətəndaşıdır.

C.Rəhimov ehtimal edir ki, Gəncədə aparılan yenidənqurma işləri və Bakıda «Eurovision 2012»nin keçirilməsi Gəncəyə gələn turistlərin sayını iki dəfə artıracaq.
XS
SM
MD
LG