Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:37

Ovçuluq təsərrüfatına reyd zamanı silahlı insident baş verib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları atəşə tutulub.

Nazirliyin rəsmi saytında deyilir ki, yanvarın 10-da qanunsuz ovun qarşısının alınması məqsədilə keçirilən reyd zamanı Cəlilabadda 5 nəfər saxlanıb. Müvafiq icazə sənədləri olmadığından 4 nəfərin tüfəngi götürülüb. Bu zaman digər brakonyer gizlətdiyi yerdən tüfəngini çıxardaraq nazirliyin əməkdaşları istiqamətində atəş açıb, lakin təsadüf nəticəsində xəsarət alan olmayıb.

Daha sonra həmin şəxs nazirliyin əməkdaşlarından birini öldürməklə hədələyərək müsadirə olunmuş 4 tüfəngi maşının yük yerindən götürərək digərləri ilə birgə hadisə yerindən qaçıb.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Respublika ərazisində qanunsuz ov halları ilə mübarizə tədbirləri davam etdirilir.
XS
SM
MD
LG