Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Bakı taksilərində gedişi plastik kartla ödəmək mümkün olacaq


Yaxın vaxtlarda Bakıdakı taksilərdə gediş haqqının plastik kartlarla ödənilməsinə başlanacaq. Bu barədə «APA-ECONOMICS»ə «Taksi Bakı» şirkətinin direktoru İlqar Qasımov məlumat verib.

Onun sözlərinə görə, «Eurovision» mahnı müsabiqəsinə qədər paytaxtdakı «London taksi»lərində gediş haqqının kartla ödənilməsi üçün sistem - mobil POS-terminallar qurulacaq.

İ.Qasımov bildirib ki, hazırda kartları bu sistemdə istifadə olunacaq bankların seçilməsi prosesi gedir: «Elə banklar seçiləcək ki, onların plastik kartları daha kütləvi olsun və əhalinin daha çox hissəsi bu bankın kartlarına malik olsun».
XS
SM
MD
LG